Modern.az

İraqda 3 günlük MATƏM

İraqda 3 günlük MATƏM

Dünya

3 Fevral 2024, 21:26

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani şənbə günü ABŞ-ın İraqın qərbinə endirdiyi aviazərbələrin qurbanları üçün ölkədə ümumi matəm elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

“Baş nazir Məhəmməd Şiya əs-Sudani ABŞ-ın Akaşat və Əl-Əs-Südani bombalaması nəticəsində silahlı qüvvələrimiz və mülki şəxslər arasında həlak olanların xatirəsinə bütün dövlət idarə və müəssisələrində üç günlük ümumi matəm elan edilməsi barədə göstəriş verib”,- deyə məlumatda bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə