Modern.az

20 yaşlı "Feysbuk"

20 yaşlı

Dünya

4 Fevral 2024, 15:56

Bu gün "Feysbuk" sosial şəbəkəsinin istifadəyə verilməsinin 20 illiyi tamam olur.

 

Modern.az xəbər verir ki, əvvəlcə ABŞ-nin nüfuzlu universitetlərində tələbələr arasında ünsiyyət üçün icad edilən sosial şəbəkə bütün dünyada populyarlıq qazanıb.

 

Ondan hər ay 3 milyard insan, planetin əhalisinin təxminən 40%-ni fəal şəkildə istifadə edir.

 

Şirkət "Vatsap" və "İnstaqram" kimi məşhur proqramları özündə birləşdirərək illər ərzində sürətlə inkişaf edib.

 

Stilini dəyişdirən və 2021-ci ildə “Meta” adı ilə yoluna davam etmək qərarına gələn şirkət, məlumat təhlükəsizliyi, rəqabət pozuntuları və senzura ilə bağlı illər ərzində yaşanan qalmaqallar və tənqidlərin kölgəsində işini davam etdirir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə