Modern.az

Hakan Fidandan Ermənistana sərt XƏBƏRDARLIQ

Hakan Fidandan Ermənistana sərt XƏBƏRDARLIQ

Dünya

5 Fevral 2024, 00:19

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistana xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "A Haber" kanalına müsahibəsində danışıb.

 

O qeyd edib ki, Qərbin İrəvanı silahlandırması Ermənistan üçün yaxşı heç nə vəd etmir.

 

"Biz Ermənistanla normallaşmaya hazırıq, lakin bunun yolu Ermənistanı silahlandırmaqdan keçmir, bunun sonunda itirən Ermənistan ola bilər", - Hakan Fidan deyib.

 

Nazir vurğulayıb ki, Türkiyə Azərbaycanın maraqları və təhlükəsizliyini Cənubi Qafqaz siyasətində hər zaman bir nömrəli prioritet hesab edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə