Modern.az

Gürcüstan parlamentinə giriş məhdudlaşdırılıb - SƏBƏB

Gürcüstan parlamentinə giriş məhdudlaşdırılıb - SƏBƏB

Dünya

5 Fevral 2024, 09:48

Gürcüstan parlamentində təhlükəsizliyin “sarı səviyyəsi” tətbiq edilib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qanunverici orqana ziyarətçilərin girişi fevralın 8-i daxil olmaqla məhdudlaşdırılıb.

 

Məhdudiyyətlər media nümayəndələrinə şamil edilmir. Bunu parlamentin mətbuat xidməti açıqlayıb. Etimad səsverməsi prosedurundan əvvəl hökumətin yeni tərkibinin komitə və fraksiyalarında müzakirələrin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

 

“Gürcü arzusu”nun sədri İrakli Kobaxidze ötən həftə İrakli Qaribaşvili ilə mövqelərini dəyişib və hakim partiyanın yeni hökumətinə rəhbərlik edəcək. Parlamentdə ən çətin gün fevralın 7-si olacaq. Bu gün müxtəlif müxalif siyasi qruplar, o cümlədən həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası hökumət üzvlüyünə namizədləri dinləyəcək.

 

Fevralın 6-da isə prezident Salome Zurabişvilinin illik hesabatını verəcək. Məlumata görə, fevralın 8-də keçiriləcək plenar iclasda hökumətə etimad göstərilməsi məsələsi qaldırılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə