ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan İordaniyada ABŞ qüvvələrinə edilən hücuma cavab olaraq Vaşinqtonun İrana zərbələr endirməyi planlaşdırıb-qalmayacağı ilə bağlı sualları birbaşa cavablandırmayıb.
Modern.az xəbər verir ki, Sallivan CNN telekanalında ABŞ-ın Yaxın Şərqdə “əlavə tədbirlər görəcəyini” söylədikdən sonra ondan İrana da zərbə edindirilib-endirlməyəcəyi soruşulub.
“Mən heç bir yerdə bizim hərəkətlərimizi təsdiqləmək və ya təkzib etmək niyyətində deyiləm. Sadəcə onu deyə bilərəm ki, prezident lazım bildiyini edəcək. Xüsusilə qeyd edim ki, o, bizim qüvvələrimizi qorumaq niyyətindədir və müharibəyə getmək niyyətində deyil”, - deyə Baydenin köməkçisi cavab verib.
Sallivanın sözlərinə görə, İran tərəfindən dəstəklənən qrupların Amerika qüvvələrinə hücumlarını davam etdirməsi təhlükəsi həmişə var.
“Biz belə hallara hazırıq. Prezidentin əsas məqsədi odur ki, əgər bizə yeni hücumlar görsək, siz onlara yeni cavablar görəcəksiniz”.