Modern.az

Ermənistandan Azərbaycana keçmək istəyən çexiyalı - Rəsmi Praqa TƏSDİQLƏDİ

Ermənistandan Azərbaycana keçmək istəyən çexiyalı - Rəsmi Praqa TƏSDİQLƏDİ

5 Fevral 2024, 14:42

Ermənistandan Azərbaycana qanunsuz keçmək istəyən Çexiya vətəndaşı barədə rəsmi Praqadan açıqlama verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin rəsmi nümayəndəsi Mariana Vernerova ČTK agentliyinə danışıb.

 

O, həmin şəxsin saxlanılması xəbərini təsdiq edib. Çexiya XİN saxlanılan şəxsin adını açıqlamayıb.

 

Bildirilir ki, şəxsin Çexiyanın səlahiyyətli orqanları məlumatlandırılıb. Onun sərhədi qanunsuz keçdiyi qeyd olunur.

 

Saxlanılan şəxsin ailəsi ilə əlaqə qurulduğu açıqlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə