Modern.az

Almaniya və Ermənistan arasında yeni aviareyslər icra ediləcək

Almaniya və Ermənistan arasında yeni aviareyslər icra ediləcək

5 Fevral 2024, 16:00

"Eurowings" aviaşirkəti Ermənistanda fəaliyyətə başlayır və Almaniyanın bir sıra şəhərlərinə uçuşlar həyata keçirəcək.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Berlin-İrəvan-Berlin reysləri mayın 4-də həftədə bir reys tezliyi ilə başlayacaq.

 

Düsseldorf-İrəvan-Düsseldorf marşrutu üzrə uçuşlar cari ilin yanvarın 1-dən həftədə bir reys tezliyi ilə hər bazar ertəsi həyata keçirilir.

 

Köln-İrəvan-Köln marşrutu üzrə uçuşlar mayın 2-də başlayacaq, tezliyi həftədə bir reys olmaqla, hər cümə axşamı icra ediləcək.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə