Modern.az

Rusiya Xersonu vurdu - 4 nəfər öldü, 1-i yaralandı

Rusiya Xersonu vurdu - 4 nəfər öldü, 1-i yaralandı

5 Fevral 2024, 16:24

Ukraynanın Xerson şəhərinin Rusiya qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 4 nəfər həlak olub.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Roman Mroçko bildirib.

 

"Bu gün saat 12:00 radələrində Rusiya hərbçiləri Xersonu atəşə tutublar", - deyə Mroçko qeyd edib.

 

Onun sözlərinə görə, atəş nəticəsində şəhərin mərkəzində yanğın başlayıb və hadisə yerinə gələn xilasedicilər iki nəfərin cəsədini aşkar ediblər. Bir qədər sonra o dəqiqləşdirib ki, hücum daha iki nəfərin ölümünə səbəb olub.

 

Şəhər administrasiyasının rəhbəri əlavə edib ki, daha bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə