"İşidince ata yurtta depremi
Aktı yaşım, döndü başım Türkiyem
Her derdimin, kederimin ortağı
Can kardeşim, kan kardeşim". (Bəxtiyar Vahabzadə)
Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Kahramanmaraş mərkəzli zəlzələnin 1-ci ildönümü ilə bağlı X paylaşımında yazıb.
"6 fevral 2023-də ölkəmizdə yaşanan əsrin fəlakəti zəlzələlərdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbirlə başsağlığı diləyirəm. Millətimizin başı sağ olsun. Prezidentimiz Ərdoğanın liderliyində dövlətimiz və millətimizlə əl-ələ verib tək ürək olaraq bu fəlakətin yaralarını hamımız birlikdə saracağıq", - deyə o qeyd edib.
Səfir Azərbaycana da dəstəyinə görə təşəkkür edib.