Modern.az

Qazaxıstanda Baş nazir postuna yeni namizəd irəli sürüldü

Qazaxıstanda Baş nazir postuna yeni namizəd irəli sürüldü

6 Fevral 2024, 10:31

Qazaxıstanda hakim “Amanat” partiyası ölkə prezidenti Kasım-Jomart Tokayev administrasiyasının rəhbəri Oljas Bektenovun Baş nazir postuna namizədliyini irəli sürüb.

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Parlamentin (aşağı palata) sədri, “Amanat” partiyasının rəhbəri Erlan Koşanov Oljas Bektenovun namizədliyini irəli sürüb.
Mövcud qanunvericiliyə uyğun olaraq, dövlət başçısı Qazaxıstan Respublikasının Baş naziri postuna təklif olunan namizədi Məclisdəki partiyaların fraksiyalarının rəhbərləri ilə müzakirə edəcək”, - məlumatda deyilir.


Bazar ertəsi Əlixan Smailovun başçılıq etdiyi Qazaxıstan hökuməti istefa verib, bu barədə Tokayev sərəncam imzalayıb. Bu günə qədər hökumət başçısının birinci müavini vəzifəsində çalışan Roman Sklyar Baş nazirin səlahiyyətlərini icra edən təyin edilib.

Smailov 2022-ci ilin yanvarında baş nazir təyin edilmişdi, 2023-cü ilin martında isə yenidən bu vəzifəyə təsdiqlənmişdi.

Oljas Bektenov 2023-cü ilin aprelindən Qazaxıstan Prezidentinin Administrasiyasına rəhbərlik edir, bundan əvvəl isə Korrupsiyaya Qarşı Mübarizə Agentliyinə rəhbərlik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə