Modern.az

Məktəblərdə erməni tarixi yox, Ermənistan tarixi keçilməlidir - Nazir

Məktəblərdə erməni tarixi yox, Ermənistan tarixi keçilməlidir - Nazir

Dünya

6 Fevral 2024, 11:40

"Ermənistanda şagirdlər erməni xalqının tarixini yox, Ermənistanın tarixini öyrənməlidirlər”.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.

 

Onun sözlərinə görə, fənnin adının dəyişdirilməsi zəruri qərardır: "Çünki biz hamımız Ermənistan Respublikasında yaşayırıq”.

 

Eyni zamanda, o bildirib ki, məzmunun erməni tarixi olan hissəsi də mövzudan kənarda qalmayacaq və məsələ peşəkar dairələrdə dəfələrlə müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?