Modern.az

Türkiyə əhalisi: say artıb, temp azalıb...

Türkiyə əhalisi: say artıb, temp azalıb...

6 Fevral 2024, 11:52

Türkiyənin əhalisi 2023-cü ildə 2022-ci illə müqayisədə 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyə Statistika Təşkilatı (TÜİK) açıqlayıb.

 

Əhalinin kişi sayının göstəricisi 50,1 faiz (42 milyon 734 min 71 nəfər), qadınların sayı isə 49,9 faiz (42 milyon 638 min 306 nəfər) olub. İllik artım tempi 2022-ci ildəki hər min nəfərə 7,1-dən 2023-cü ildə 1,1-ə düşüb.

 

Şəhər əhalisi 93.4 faizdən 93-ə düşüb, kənd əhalisi isə 6.6 faizdən 7-yə yüksəlib.

 

Türkiyədə yaşayan əcnəbi əhalinin sayı (suriyalılar nəzərə alınmadan) əvvəlki ilə nisbətən 253 min 293 nəfər azalaraq 1 milyon 570 min 543 nəfərə çatıb. Bu əhalinin 48,6 faizini kişilər, 51,4 faizini isə qadınlar təşkil edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə