Türkiyədə episentri Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonlarında baş vermiş 7.7 və 7.6 ballıq ardıcıl 2 zəlzələdən keçən 1 il ərzində bölgədə 60 000-dən çox təkan qeydə alınıb.
Modern.az xəbər verir ki, məlumatı AFAD açıqlayıb.
Qeyd olunub ki, Türkiyə və regionda seysmoaktivlik 24/7 rejimində izlənilir.
"Zəlzələlərdə itirdiyimiz bütün vətəndaşlarımıza Allahdan rəhmət diləyirik", - deyə vurğulanıb.