Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 390 mini keçdi

Rusiyanın Ukraynadakı itkiləri 390 mini keçdi

6 Fevral 2024, 12:54

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1020 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 390 580 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 17 tank, 35 zirehli döyüş maşını, 18 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə