Modern.az

Bala Koçaryan yenidən həbs olunacağından qorxur...

Bala Koçaryan yenidən həbs olunacağından qorxur...

6 Fevral 2024, 14:12

Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasını təmsil edən deputatı, eks-prezident Robert Koçaryanın oğlu Levon Koçaryan yenidən həbs oluna biləcəyini istisna etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

İki aya yaxın istintaq təcridxanasında olan bala Koçaryan iddia edib ki, onun yenidən həbsi hüquqi baxımdan absurd olardı, lakin siyasi baxımdan bu, çox ehtimal olunan ssenaridir.

 

O, jurnalistlərə açıqlamasında bildirib ki, həbs hüquq-mühafizə orqanları əməkdaşlarının sevimli üsuluna çevrilib, obyektiv zərurət olmasa belə, ondan son dərəcə tez-tez istifadə olunur. Koçaryan ibtidai istintaq mərhələsində azyaşlı uşaq analarının həbsini qəbuledilməz hesab etdiyini deyib.

 

Onun sözlərinə görə, bu, hətta Koçaryan onlarla siyasi barrikadaların əks tərəflərində olsa belə, parlament sədrinin qardaşının həyat yoldaşının həbsinə də aiddir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə