Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Koncoryan konstitusiyanın dəyişdirilməsinin vacibliyindən danışıb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
O, jurnalistlərə deyib ki, heç bir mətnlə müqəddəs münasibət qurmağa ehtiyac yoxdur.
“Həyat dinamik şəkildə dəyişir və zamanla ayaqlaşa bilməyən xalqlar tarixin kənarında qalmaq riski ilə üz-üzədirlər... Konstitusiya zamana uyğun olmalıdır”, - deputat bildirib.
O, Paşinyanın sözlərini təkrarlaraq vurğulayıb ki, Ermənistanın yeni Konstitusiyası ideyası sırf daxili məsələdir və rəsmi Bakının şərtlərinin bununla heç bir əlaqəsi yoxdur: "Yeni Konstitusiya ölkəni köhnə dünya nizamının dağılması kontekstində qorumalıdır".