Qazaxıstanda Baş nazir təyinatı təsdiqlənəndən sonra yeni hökumətin üzvləri də təyin edilib.
Modern.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, Murat Nurtleu hər iki vəzifəni - baş nazirin müavini və xarici işlər naziri postlarında saxlanılıb.
“Dövlət başçısının sərəncamı ilə Murat Nurtleu Qazaxıstan Respublikasının Baş nazirinin müavini - xarici işlər naziri təyin edilib”, - rəsmi məlumatda deyilir.
Müdafiə naziri Ruslan Jaksılıkov və daxili işlər naziri Erjan Sadenov da öz vəzifələrini qoruyublar.
Əlixan Smailovun rəhbərlik etdiyi Qazaxıstan hökuməti fevralın 5-də istefa verib, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
Fevralın 6-da Oljas Bektenov Qazaxıstan hökumətinin başçısı təyin edilib.