Modern.az

Paşinyanın reytinqi aşağı düşüb - SORĞU

Paşinyanın reytinqi aşağı düşüb - SORĞU

6 Fevral 2024, 15:08

Fevralın 6-da Ermənistanda “GALLUP Beynəlxalq Assosiasiyası”nın tamhüquqlu üzvü MPG MMC-nin direktoru Aram Navasardyanın mətbuat konfransı keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tədbirdə yanvarın 23-26-da keçirilmiş sorğunun nəticələri təqdim olunub.

Məlum olub ki, “Baş nazir Nikol Paşinyana nə dərəcədə etibar edirsiniz” sualına respondentlərin 15,1%-i “tam etibar edirəm” cavabını verib.
Qeyd edək ki, 2023-cü ilin noyabrında keçirilmiş sorğulara əsasən, respondentlərin 20,4%-i Paşinyana “tam etibar edir”di.

Respondentlərin 13,9%-i “Mən Baş nazirə daha çox güvənirəm” (noyabrda 13,2%) cavabı verib.

“Mən güvənmirəm” deyənlər 28,3% (noyabrda 18,6%) olub.

Respondentlərin 38,1%-i (noyabrda 35,5%) “Nikol Paşinyana ümumiyyətlə inanmadığını” bildirib.

4,6% (noyabrda 12,3%) sorğuya cavab verməkdə çətinlik çəkib.

Beləliklə, araşdırma mərkəzinin Ermənistan ofisinin sorğuları Baş nazir Nikol Paşinyanın reytinqinin aşağı düşdüyünü göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə