Modern.az

Gürcüstandakı Ukrayna səfirliyi və baş nazirliyə namizəd arasında SÖZ ATIŞMASI

Gürcüstandakı Ukrayna səfirliyi və baş nazirliyə namizəd arasında SÖZ ATIŞMASI

6 Fevral 2024, 15:36

Ukraynanın Gürcüstandakı səfirliyi Tbilisidən partlayıcı maddələrin Rusiya Federasiyasına daşınması məsələsini “siyasiləşdirməməyi” xahiş edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstandakı Ukrayna səfirliyinin bəyanatında deyilir.

 

"Biz işin bütün hallarının obyektiv, qərəzsiz və tam aydınlaşdırılması və onun real təşkilatçılarının müəyyən edilməsi üçün Gürcüstanın hüquq-mühafizə orqanları və digər səlahiyyətli orqanları ilə konstruktiv münasibətdə maraqlı olduğumuzu və hazır olduğumuzu bildiririk. Səfirlik Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayılan məlumatları yoxlayır”, - deyə qeyd olunub.

 

Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze Ukrayna səfirliyinin bəyanatına cavab verib:

 

"Onlar bizim dövlət maraqlarımıza təhdid yaradıblar. Ölkənin təhlükəsizliyi də siyasi məsələdir, amma siyasiləşmənin bununla heç bir əlaqəsi yoxdur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə