Modern.az

Nadejdinin namizədliyinə baxılacaq iclas təxirə salındı

Nadejdinin namizədliyinə baxılacaq iclas təxirə salındı

6 Fevral 2024, 16:44

Rusiya Mərkəzi Seçki Komissiyası müharibə əleyhdarı namizəd Boris Nadejdinin qeydə alınması məsələsinə baxılmasını fevralın 8-nə təxirə salıb.

 

Modern.az SOTA-ya istinadən xəbər verir ki, bundan əvvəl namizədin özü komissiyanın iclasının təxirə salınmasını xahiş etmişdi.

 

Nadejdin imzalara qarşı iddiaları öyrənmək və etirazları daha yaxşı hazırlamaq üçün üç gün vaxt verilməsini xahiş edib.

 

MSK sədri Ella Pamfilova “xoş iradə nümayiş etdirdiyini” bildirərək cavab verib və qeydiyyat məsələsinə baxılmasını bir gün - fevralın 8-dək təxirə salıb. O, namizədlər Nadejdin və Malinkoviçdən imtina edilmiş imzaların faizini əhəmiyyətli adlandırıb və razılaşıb ki, işçi qrupunun rəyi ilə tanış olmaq üçün onlara daha çox vaxt lazımdır.

Bu xəbər ilə bağlı
Prezidentliyə namizədin imzalarında qüsurlar aşkarlandı - Seçkiyə buraxılmayacaq?
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə