Modern.az

Yuxarı Lars yolunda 2 min yük maşını ilişib qalıb

Yuxarı Lars yolunda 2 min yük maşını ilişib qalıb

6 Fevral 2024, 17:40

2 minə yaxın yük maşını Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün gözləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Şimali Osetiya Respublikasının Yol Hərəkətini İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, hazırda Gürcüstan-Rusiya sərhədinə gedən yolda qar uçqunu təhlükəsi səbəbindən hərəkət bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

 

Ümumilikdə Rusiya tərəfdən 1969 ağır yük maşını Gürcüstana daxil olmaq üçün gözləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə