Ermənistan xarici işlər naziri rəhbəri Ararat Mirzoyan Niderlanda səfərə gedir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər fevralın 9-dək davam edəcək
Nazir Niderlandın icraedici və qanunvericilik orqanlarının nümayəndələri ilə görüşəcək.
Mirzoyan, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.