Modern.az

Qalmaqallı jurnalist Putindən müsahibə alacaq

Qalmaqallı jurnalist Putindən müsahibə alacaq

Dünya

7 Fevral 2024, 00:14

Məşhur amerikalı jurnalist və "Fox News" telekanalının keçmiş aparıcısı Taker Karlson yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putindən müsahibə alacağını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

 

Jurnalist Ukrayna prezidenti Volodimir Zelenskidən də müsahibə almaq niyyətində olduğunu deyib.

 

Amerikalı jurnalist ötən həftənin sonunda Rusiyaya gəlib. 2023-cü ilin aprelində "Fox News" kanalı jurnalistlə əməkdaşlığa son verdiyini elan edib. Sentyabr ayında Taker Karlson Vladimir Putindən müsahibə almağa çalışdığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ hakimiyyəti ona bunu etməyə icazə verməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə