Modern.az

Zelenski Almaniyaya GEDİR

Zelenski Almaniyaya GEDİR

7 Fevral 2024, 12:20

Ukrayna prezidenti Volodimir Zelenski gələn həftənin sonunda Almaniyaya səfər edəcək.

 

Modern.az bu barədə “Tagesspiegel”ə istinadən xəbər verir.

 

Bu, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri onun Almaniyaya ikinci səfəri olacaq.Nəşrin məlumatına görə, Zelenski səfərini fevralın 16-dan 18-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransı zamanına uyğun planlaşdırır. Proqram və dəqiq cədvəl hələ də təhlükəsizlik səbəbi ilə təsnif edilir.

 

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Heusgen Ukrayna prezidentinin tədbirdə iştirakı faktını nəşrə təsdiqləmək istəməyib. Bununla belə, o bildirib ki, təşkilatçılar dövlət başçısının Kiyevdən gəlməsini təmin etmək üçün səy göstərirlər:

 

“Zelenskiyə dəvət göndərilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə