Modern.az

Putin Türkiyəyə gedəsi olmadı

Putin Türkiyəyə gedəsi olmadı

7 Fevral 2024, 20:23

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə fevralın 12-nə planlaşdırılan səfəri təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Türkiyədəki diplomatik mənbə məlumat verib.

 

Səfərin təxirə salınma səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, türk mətbutı Vladimir Putinin fevralın 12-də Türkiyəyə səfər edəcəyini açıqlamışdı. Rus KİV-ləri başqa tarixlərin də nəzərdən keçirildiyini bildirib. Putinin köməkçisi Yuri Uşakov açıqlayıb ki, Putinin səfəri fevralda baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə