2023-cü ildə əvvəlki illə müqayisədə Ermənistanda nikahların sayı azalıb, boşanmaların sayı dəyişməz qalıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, 2023-cü ildə respublikada 16207 nikah qeydə alınıb. Bu, 2022-ci illə müqayisədə 588 nikah azdır.
Boşanmaların sayı 2022-ci illə müqayisədə dəyişməz qalıb: 4525.
2023-cü ilin yanvar-dekabr aylarında respublikada qeydə alınan hər 1000 nikahə 279 boşanma düşüb, halbuki 2022-ci ilin yanvar-dekabr aylarında bu rəqəm 269 olub.