Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist, Donald Trampın tərəfdarı Taker Karlsona verdiyi müsahibə verib. Müsahibənin "Youtube" platformasında 2 milyon, X sosial şəbəkəsində isə 50 milyon izlənməsi var.
Modern.az "Kommersant"a istinadən müsahibənin ən vacib hissələrindən ibarət icmalı təqdim edir:
Xarici siyasət haqqında
- Putin 2022-ci ilin fevralından bəri ABŞ prezidenti Co Baydenlə əlaqə saxlamayıb. Son söhbətləri zamanı o, Baydenə Ukraynanı dəstəkləməyin səhv olduğunu söyləyib.
- "Rusiyanın Polşa və ya Latviyaya qoşun yeritmək niyyəti yoxdur. Avropa hakimiyyəti Rusiya təhlükəsini şişirdir. Qərb ölkələri Rusiya ilə razılığa gəlsələr, daha yaxşı olardı".
- "Bir növ qlobal müharibəyə cəlb olunmaq sağlam düşüncəyə ziddir. Qlobal müharibə isə bütün bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq".
NATO-ya daxil olmaq haqqında
- Putin 2000-ci ildə Bill Klintonla görüşündə Rusiyanın NATO-ya daxil olmasını müzakirə edib: “Mən ona sual verdim: “Qulaq as, Bill, sən nə düşünürsən, Rusiya NATO-ya daxil olmaq məsələsini qaldırsa, sizcə, bu, mümkün olardımı?” Birdən dedi: “Bilirsən, bu maraqlıdır, mən belə düşünürəm”. Axşam naharda görüşəndə söylədi: “Bilirsənmi, mən öz xalqımla, komandamla danışmışam - yox, indi bu mümkün deyil”.
“Şimal axını” haqqında
“Şimal axını 2” zədələnib, amma bir boru işləkdir və o, Avropaya qaz verə bilir, Almaniya isə onu açmır. Biz hazırıq".
- "Polşa Almaniyadan asılı olmasına baxmayaraq, qazın Almaniyaya axdığı Yamal - Avropa qaz kəmərini bağlayıb".
İqtisadiyyat haqqında
- "İndi biz rublla 34%, yuanla isə 34% ödəyirik".
- "Dünyada tətbiq edilən ən çox sanksiya Rusiyaya qarşıdır. Biz bu müddət ərzində Avropada ilk iqtisadiyyat olduq".
İlon Mask və süni intellekt haqqında
- "Maskın əsasını qoyduğu layihələrin inkişafına gəldikdə onu dayandırmaq mümkün deyil. O, yenə də lazım bildiyini edəcək. Amma biz onunla hansısa yolla razılığa gəlməliyik".
Rusiyada həbs olunan "The Wall Street Journal"ın əməkdaşı Evan Qerşkoviç haqqında
- "ABŞ kəşfiyyat xidmətləri rusiyalı həmkarları ilə yarı yolda görüşərsə, Evan Qerşkoviç vətəninə qayıda bilər".
- "Rusiya tərəfi o qədər xoşməramlı jestlər edib ki, bütün hədləri tükənib. Heç kim xoşməramlı jestlərə oxşar jestlərlə cavab verməyib".
- "Qoy Amerika tərəfindəki kəşfiyyatçılarımızın həmkarları da bizim kəşfiyyat xidmətlərimizin üzləşdiyi problemləri necə həll etmək barədə düşünsünlər. Biz danışıqlara qapalı deyilik".
- "Qerşkoviç Amerika xüsusi xidmət orqanlarının maraqları naminə işləyərkən məxfi məlumatlar əldə etməyə çalışsa da, onun bu işə cəlb olunduğunu da istisna deyil".
Müsahibəni tam formatda aşağıdakı videodan izləmək mümkündür: