Modern.az

Sakinlər pasport idarələrindən narazıdır - Paşinyan məmurlarla görüşdə

Sakinlər pasport idarələrindən narazıdır - Paşinyan məmurlarla görüşdə

9 Fevral 2024, 16:56

"İslahat və rəqəmsallaşma çərçivəsində regionlarda pasport idarələri optimallaşdırılacaq".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

 

Onun sözlərinə görə, artıq sakinlərin narazılığına səbəb olan Mehri, Vardenis və bir sıra digər şəhərlərdə filialların bağlanması planlaşdırılır.

 

Miqrasiya xidmətində keçirilən görüşdə Ermənistanın baş naziri əmin edib ki, pasport və miqrasiya xidmətlərinin keyfiyyəti ucuzlaşmadan zərər görməyəcək, əksinə, rəqəmsal sistemin və mobil ofislərin tətbiqi nəticəsində bu, artacaq.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə