Modern.az

Zalujnı hazırda heç bir vəzifə tutmur

Zalujnı hazırda heç bir vəzifə tutmur

10 Fevral 2024, 00:18

Ukrayna silahlı qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnı hazırda heç bir vəzifə tutmur.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

 

“Ukrayna Qəhrəmanı adını almaq mənim üçün böyük şərəfdir. Hazırda vəzifə tutmamağıma baxmayaraq, Ukraynanın hər bir müdafiəçisi qarşısında hiss etdiyim şərəf və məsuliyyət. Bu sizin mükafatınızdır, çünki siz əsl qəhrəmansınız. Mən Ukrayna xalqına sədaqət və minnətdarlıqla xidmət edirəm və xidmət edəcəyəm!” - o qeyd edib.

 

Xatırladaq ki, fevralın 8-də Ukrayna prezidenti Volodimir Zelenski Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən istefa verdiyini açıqlayıb. Bu vəzifəyə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarına komandanlıq edən general-polkovnik Aleksandr Sırski təyin edilib. Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanına “komandada qalmağı” təklif edib. Fevralın 9-da Zalujnı Ukrayna Qəhrəmanı adına layiq görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə