Modern.az

İsrail Dəməşq yaxınlığındakı hədəflərə zərbələr endirdi

İsrail Dəməşq yaxınlığındakı hədəflərə zərbələr endirdi

Dünya

10 Fevral 2024, 08:48

Suriya Müdafiə Nazirliyi İsrailin Dəməşq yaxınlığındakı hədəflərə hücum etdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb. 

 

Hava hücumundan müdafiə sistemlərinin hücumu dəf etdiyi və bir neçə raketi vurduğu bildirilir.

 

 

Məlumatda bildirilir,  hücum Qolan təpələrindən həyata keçirilib. İsrail Dəməşqin çöllərindəki hədəfləri hədəfə alıb. Hücum maddi ziyana səbəb olub.

 

İsrail hücumla bağlı məlumat yaymayıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə