Burkina-Fasonun şərqində naməlum silahlıların hücumu nəticəsində ən azı 50 mülki şəxs qətlə yetirilib.
Modern.az xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.
Məlumata görə, silahlı qruplaşmanın üzvləri ölkənin şərqindəki kəndlərdən birinə hücum ediblər. Onlar yerli sakinləri güllələyib, evləri talan edib və yandırıblar.
Hakimiyyət orqanları silahlıların axtarışı və məhv edilməsi üçün əraziyə əlavə ordu hissələri göndərib.