Modern.az

AKP-nin seçki tədbirinə silahlı hücum - Yaralı var 

AKP-nin seçki tədbirinə silahlı hücum - Yaralı var 

10 Fevral 2024, 20:20

Türkiyədə hakim partiyanın seçki tədbirinə silahlı hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Ölkənin daxili işlər naziri Əli Yerlikaya “X”dəki hesabında yazıb ki, yerli vaxtla saat 16.30 radələrində İstanbul şəhərinin Küçükçekmece bölgəsində AKP-nin bələdiyyə sədri postuna namizədi Əziz Yeniayla bağlı tədbirdə tüfəng və tapançadan atəş açılıb.

 

Hücum zamanı bir nəfər yaralanıb. Hadisə ilə bağlı istintaq başladılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə