Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanlarının müavinlərini və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı rəislərinin müavinlərini təyin edib.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında yazıb.
"Biz Müdafiə Qüvvələrində idarəetmə komandasını yenidən işə salmağa davam edirik" – Zelenski bildirib.