Modern.az

ABŞ-də helikopter qəzası - 6 nəfər öldü

ABŞ-də helikopter qəzası - 6 nəfər öldü

11 Fevral 2024, 09:27

ABŞ-nin Kaliforniya ştatının Nipton şəhərində Nevada sərhədi yaxınlığında göyərtəsində altı nəfərin olduğu “Eurocopter EC 130” helikopteri qəzaya uğrayıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə NBC televiziyası ABŞ-nin Federal Aviasiya Administrasiyasına istinadən məlumat verib.

 

Məlumata görə, hadisə nəticəsində sağ qalan tapılmayıb.

 

Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə