Modern.az

İranda 9 Pakistan vətəndaşı ÖLDÜRÜLDÜ

İranda 9 Pakistan vətəndaşı ÖLDÜRÜLDÜ

11 Fevral 2024, 14:05

İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb.

 

Modern.az  “Tasnim” agentliyinə istinadən xəbər verir ki, üç silahlı şəxs əcnəbi vətəndaşların evinə atəş açmağa başlayıb və sonra hadisə yerindən qaçıb. Polis araşdırmaya başlayıb.

 

Qeyd edək ki, bu, Sistan və Bəlucistan əyalətində baş verən ilk belə hadisə deyil. Yanvarın 27-də “Mehr” agentliyi naməlum şəxslərin silahlı hücumu nəticəsində orada 9 əcnəbinin həlak olduğunu bildirib. İranın sərhəd bölgələrində fəaliyyət göstərən qruplardan heç biri hələlik bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə