Modern.az

Macarıstanda prezident seçkiləri KEÇİRİLƏCƏK

Macarıstanda prezident seçkiləri KEÇİRİLƏCƏK

Dünya

11 Fevral 2024, 17:27

Mart ayında Macarıstanda prezident seçkiləri keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib.

 

Koçiş izah edib ki, əgər fevralın 11-də Prezident Katalin Novak parlamentə istefa ilə bağlı rəsmi bəyanat göndərsə, deputatlar 15 gün ərzində buna baxmalı olacaqlar: “Onlar fevralın 26-da başlayacaq yaz sessiyasının ilk günündə istefa ilə bağlı qərar verə biləcəklər”.

 

O, konstitusiyaya əsasən prezidenti seçən Macarıstan parlamentinin Novakın istefasını təsdiqləyəcəyinə şübhə etmir. Bundan sonra 30 gün ərzində dövlət başçısının seçkiləri keçirilməlidir: “Bu o deməkdir ki, Macarıstanın mart ayında yeni prezidenti olacaq. “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyası və onun müttəfiqləri - Xristian Demokratlar parlamentdəki 199 yerdən 135-nə sahibdirlər”.

 

Qeyd edək ki, Macarıstan Prezidenti Katalin Novak pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda istefa verdiyini açıqlayıb. Eyni zamanda Avropa Parlamentinə (AP) qarşıdan gələn seçkilərdə hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyasının siyahısına rəhbərlik edən Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa da eyni hadisəyə görə siyasətdən getdiyini bəyan edib.

 

Hazırda ölkənin baş naziri Viktor Orbanın rəhbərlik etdiyi hakim partiya əvəzedicilərlə bağlı qərar verməli və prezidentliyə namizəd irəli sürməli olacaq. Bu miqyasda qeydiyyatdan keçmək üçün parlament üzvlərinin ən azı 20%-nin dəstəyini əldə etmək, ilk turda seçkidə qalib gəlmək üçün isə səslərin üçdə ikisi tələb olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə