Modern.az

Köhnə bina çökdü, 5 nəfər öldü

Köhnə bina çökdü, 5 nəfər öldü

11 Fevral 2024, 20:26

Mərakeşin Fəs şəhərində köhnə üçmərtəbəli binanın uçması nəticəsində azı 5 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “360” xəbər portalı məlumat yayıb.

 

Bildirilib ki, hadisə ilə bağlı ilkin versiya kimi binanın yararsız vəziyyətdə olması və son günlər yağan güclü yağışların tikilinin konstruksiyalarını zəiflətməsi göstərilir.

 

Ölənlərdən üçü kişi, ikisi isə qadındır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə