Modern.az

Moldova sərhədində PUA qalıqları tapıldı

Moldova sərhədində PUA qalıqları tapıldı

11 Fevral 2024, 22:10

Moldovanın Ukrayna sərhədi yaxınlığında pilosuz uçuş aparatının (PUA) parçaları tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Moldovanın Sərhəd Polisi məlumat yayıb.

 

“Sərhəd Polisi bildirir ki, bu gün, 2024-cü il fevralın 11-də Moldova-Ukrayna sərhədinin Vulkanesti rayonunun Etuliya kəndi yaxınlığındakı ərazidə şahlı tipli pilotsuz uçuş aparatının parçaları aşkar edilib. Məlumat dərhal səlahiyyətli orqanlara çatdırılıb və pilotsuz uçuş aparatının qalıqlarının olduğu əraziyə giriş məhdudlaşdırılıb”, - məlumatda deyilir.

 

Qeyd edilib ki, əhali üçün heç bir təhlükə yoxdur və dağıntılar Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulan Rusiyaya məxsus pilotsuz uçuş aparatına aid ola bilər.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə