Modern.az

Putin İrəvanda həbs ediləcək? - Paşinyandan ŞOK AÇIQLAMA

Putin İrəvanda həbs ediləcək? - Paşinyandan ŞOK AÇIQLAMA

11 Fevral 2024, 23:15

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfər edəcəyi təqdirdə həbs olunub-olunmayacağına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Telegraph" qəzetinə müsahibəsində danışıb.

 

Paşinyan deyib ki, Ermənistanın Roma Statutuna qoşulmaq qərarı “təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir".

 

“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib-edilməyəcəyinə mən qərar vermirəm”, -  Paşinyan qeyd edib

 

O vurğulayıb ki, Ermənistan məsuliyyətli dövlət kimi bütün beynəlxalq öhdəliklərinə, o cümlədən Rusiya Federasiyası ilə münasibətdə götürdüyü öhdəliklərə və ölkənin beynəlxalq münasibətlərdə üzərinə götürdüyü öhdəliklərə sadiq qalmalıdır.


Qeyd edək ki, İrəvan Roma Statutunu ratifikasiya edərək fevralın 1-də Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tamhüquqlu üzvü olub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Haaqadakı BCM binasındakı bayraqlar sırasına ölkəsinin bayrağını qaldırıb.

 

Ermənistan bu qərarı Rusiya ilə münasibətlərdə müəyyən soyuqluq yaradıb.

 

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə