Modern.az

Ərdoğan bu həftə ərəb ölkələrinə gedir

Ərdoğan bu həftə ərəb ölkələrinə gedir

12 Fevral 2024, 00:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinə, fevralın 14-də isə Misirə rəsmi səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Ərdoğan fevralın 13-də Dubayda keçiriləcək Dünya Hökuməti Zirvə toplantısına fəxri qonaq qismində “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusunda müzakirələrdə iştirak edəcək.

 

O, müxtəlif ölkələrdən gələn dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatlar, özəl sektor, akademik dairələr, vətəndaş cəmiyyəti, beyin mərkəzləri və media nümayəndələri ilə görüşəcək.

 

Ərdoğanın Qahirəyə səfəri zamanı danışıqlarda Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı və yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin canlandırılması kontekstində atılacaq addımlar müzakirə olunacaq.

 

Görüşlər zamanı Fələstindəki vəziyyət də gündəmdə olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə