Xəbər verdiyimiz kimi, fevralın 13-də Türkiyənin Ərzincan vilayətinin İliç bölgəsində yerləşən qızıl mədəni ərazisində torpaq sürüşməsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə zamanı mədəndə 667 işçi olub.
Onlardan 9 nəfərin itkin düşdüyü bildirilir. İşçilərin torpaq altında qaldığı ehtimal edilir.
Ərazidə aparılan axtarış-xilasetmə işlərinə 400 nəfərlik işçi qüvvəsi və 40-dan artıq texnika cəlb olunub.