Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin hərbi büdcəsinin uzunmüddətli artırılmasının tərəfdarı olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu fikri Boris Pistorius "Redaktionsnetzwerk Deutschland" qrupunun nəşrlərinə müsahibəsində bildirib:
"Büdcəyə bu cür yanaşma hərbi ehtiyacların xüsusi fonddan maliyyələşdirilməsi ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Xüsusi fondun üstünlüyü ondan ibarətdir ki, müəyyən müddətə müəyyən məbləğ ayrılır ki, bu da Bundesverin, silah və sursatların təchiz edilməsinə sərf oluna bilər. Lakin bunun da bir sıra çatışmazlıqları var. Birincisi, bu pulların bir hissəsi inflyasiya tərəfindən yeyilir. Qiymətlərin artması ilə nəticədə onun dəyəri daha az olur. İkincisi, xüsusi fond texniki xidmət və digər xərcləri maliyyələşdirə bilmir. Təmir, eləcə də hərbi təlimlər. Məsələn, daha təcili ehtiyac duyulan silahları alsaq - özüyeriyən haubitsalardan "Patriot" sistemlərinə qədər - onların saxlanması üçün uzunmüddətli xərclər də artacaq".
Nazirin fikrincə, bundesver büdcəsinin ümumi federal büdcədə payı artırılsa, daha yaxşı olardı: "Təhlükəsizliyimiz üçün bizə uzunmüddətli perspektivdə yaxşı maliyyələşən Bundesver lazımdır".