Gürcüstanda müxalifət deputatları Xatia Dekanoidze və Roman Qotsiridze ölkənin XİN başçısını parlamentə çağırıblar.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Qeyd olunub ki, xaricdə yaşayan Gürcüstan vətəndaşlarının ümumi sayı dəqiqləşdirilməsə də, müxtəlif mənbələrə görə 1 milyonu ötüb. 2020-ci il parlament seçkilərində isə 37 ölkədə 50 seçki məntəqəsi açılıb və seçkilərdə cəmi 12 247 immiqrant iştirak edib.
Ona görə də deputatların bir sıra sualları var:
Xarici İşlər Nazirliyinin başqa ölkədə qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşlarına seçkilərdə iştirakın onların hüquqi statusuna xələl gətirməməsi barədə məlumat verib-verməməsi;
Xaricdə mümkün qədər çox seçki məntəqəsi açmaq üçün əlavə konsulluqların yaradılması planlaşdırılırmı?
Hələlik XİN-dən bu barədə rəsmi reaksiya yoxdur.