Modern.az

Rusiya-Ukrayna münaqişəsi həll oluna bilər? - Lavrovdan AÇIQLAMA

Rusiya-Ukrayna münaqişəsi həll oluna bilər? - Lavrovdan AÇIQLAMA

Dünya

14 Fevral 2024, 13:32

"Rusiya Ukraynadakı münaqişənin reallıqları nəzərə almaq əsasında siyasi və diplomatik yolla həllinə hazırdır".

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında bildirib.

 

Nazir iddia edib ki, bununla belə, Qərbin hazırkı mövqeyini nəzərə alaraq, Ukrayna məsələsində razılığa gəlmək variantları yoxdur.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə