Modern.az

Boris Nemtsovun anası vəfat edib - FOTO

Boris Nemtsovun anası vəfat edib - FOTO

Dünya

14 Fevral 2024, 13:56

Rusiyalı mərhum müxalif siyasətçi Boris Nemtsovun anası Dina Nemtsova 96 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, nənəsinin ölümü barədə Kreml divarları yaxınlığında qətlə yetirilmiş siyasətçinin qızı Janna feysbukda məlumat verib.

 

Dina Nemtsova (Eydman) 3 mart 1928-ci ildə Nijni Novqorodda (o zaman Qorki) anadan olub. 1952-ci ildə Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. Əvvəlcə Murmanskda, sonra Soçidə və Qorkidə pediatr kimi çalışıb.

 

Keçmiş baş nazirin müavini, Dövlət Dumasının sabiq sədr müavini və Nijni Novqorod vilayətinin birinci qubernatoru Boris Nemtsov 2015-ci il fevralın 28-nə keçən gecə Bolşoy Moskvoretski körpüsündə öldürülüb.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?