"Wizz Air" aviaşirkətinin Kutaisi-Barselona reysi ilə uçan təyyarəsi bu gün havaya qalxdıqdan 7 dəqiqə sonra hava limanına qayıdıb.
Modern.az xəbər verir ki, bu barədə "News Georgia" məlumat yayıb.
Bildirilib ki, göyərtədə partlayıcı qurğunun olması ilə bağlı anonim zəng olub.
Təyyarə tam şəkildə yoxlanılmalıdır. Hadisə yerində təlim görmüş xüsusi itlər və istehkamçılar işləyir.