Estoniya miqrant axını ilə bağlı təxribatlara görə Rusiya ilə sərhədi bağlaya bilər.
Modern.az xəbər verir ki, Estoniya Polis Departamenti bununla bağlı məlumat yayıb.
Məlumata görə, son həftələrdə Rusiya Avropa İttifaqına qanuni şəkildə daxil olmaq hüququ olmayan əcnəbiləri Estoniya sərhədinə qəsdən göndərir.
Departament aydınlaşdırıb ki, belə davam edərsə, Estoniya miqrasiya təzyiqi səbəbindən Finlandiyanın artıq etdiyi kimi, milli təhlükəsizliyi və ictimai asayişi qorumaq üçün yoxlama məntəqələrini bağlayacaq.
Finlandiyanın Rusiya Federasiyası ilə sərhədi 2023-cü ilin noyabrından bağlıdır.