Modern.az

Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahına daha iki müavin təyin edildi

Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahına daha iki müavin təyin edildi

14 Fevral 2024, 16:00

Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinə daha bir müavin təyin edib.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Karen Qriqoryan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin yeni müavini vəzifəsinə təyinat alıb.

Digər sərəncamla Karen Qriqoryanı Ermənistan Silahlı Qüvvələrinin Mühəndis Qoşunları İdarəsinin rəisi vəzifəsindən azad edilib.

***

Polkovnik David Aleksanyan isə Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının döyüş hazırlığı idarəsinin rəisi təyin edilib.

Müvafiq sərəncamı baş nazirin təklifi əsasında Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

***

Digər sərəncamla Temur Şahnazaryan Silahlı Qüvvələrin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib və Silahlı Qüvvələrin rabitə qoşunlarının rəisi vəzifəsindən azad edilib.

***

Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyanın sərəncamı ilə Hamlet Levonyan sülhməramlı briqadanın komandiri təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə