Modern.az

Fransa, Almaniya və Polşa XİN başçılarından Bakı və İrəvana MESAJ

Fransa, Almaniya və Polşa XİN başçılarından Bakı və İrəvana MESAJ

Dünya

14 Fevral 2024, 16:30

Fransa, Almaniya və Polşa xarici işlər nazirləri keçirdikləri görüşün yekunlarına dair birgə bəyanatla çıxış ediblər.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, orada Cənubi Qafqazdakı vəziyyətə də toxunulub.

 

“Biz Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına çağırırıq və Ermənistan və Azərbaycan arasında dialoqun təşviqi üçün Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının vasitəçilik səylərini dəstəkləyirik.

 

Biz Cənubi Qafqaz dövlətlərinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha təsdiqləyirik”, - bəyanatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə