Modern.az

Rus dilini bilməyən miqrant uşaqları bağça və məktəbə gedə bilməsin! - Jirinovskinin xələfi

Rus dilini bilməyən miqrant uşaqları bağça və məktəbə gedə bilməsin! - Jirinovskinin xələfi

Dünya

14 Fevral 2024, 17:12

Rusiya prezidentliyinə namizəd, Vladimir Jirinovskinin xələfi kimi Rusiya Liberal Demokrat Partiyasına sədrlik edən Leonid Slutski miqrantların uşaqları üçün məcburi rus dilində müsahibənin tətbiqini təklif edib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, müsahibənin bağça və məktəbə qəbul prosesində tətbiq edilməsini vacib sayır.

 

"Miqrant uşaqlar üçün uşaq bağçasına və ya məktəbə qəbul müsahibə əsasında aparılmalıdır. Rus dilini bilmək səviyyənizi öyrənməyə imkan verən müsahibə. Və yalnız bu səviyyə kifayət qədər ciddi olduqda uşaq bağçaya və ya məktəbə gedə bilər" - Slutski deyib.

 

Sentyabr ayında o, artıq Rusiyada həyatı "qazanılmalı olan bir imtiyaz" halına gətirməyi təklif edib. Slutski həm də cinayəti olan şəxslərin Rusiya vətəndaşlığını almasını qadağan edən qanun layihəsinin müəllifidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə